"Fənərbağça"nın müdafiəçisi Luan Peres iş yerini dəyişmək üzrədir.
Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçu ölkəsinin "Vasko Da Qama" klubu ilə danışıqlara başlayıb.
"Sarı bülbüllər"lə müqaviləsinin müddəti gəln ilin yayına qədər nəzərdə tutulan 30 yaşlı Peresin Braziliyaya yollanmaq ehtimalının böyük olduğu vurğulanıb.
Qeyd edək ki, "Fənərbağça" Luanı 2 il öncə Fransanın "Olimpik Marsel" klubundan alıb.