"Fənərbağça" yayda aldığı ulduzu bu kluba satmağa razılaşdı - SON DURUM

"Fənərbağça" yayda aldığı ulduzu bu kluba satmağa razılaşdı - SON DURUM

"Fənərbağça"nın hücumçusu Yussef En-Nesiri karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, bu yay "Sevilya"dan ayrılaraq Türkiyə nəhənginə keçən futbolçu yenidən klubunu dəyişməyə yaxındır. 

Məlumatı “O Jogo” nəşri yayıb. 

Mənbənin məlumatına görə, Kriştianu Ronaldunun çıxış etdiyi “Əl-Nəsr” klubu mərakeşlinin xidmətində maraqlıdır. "Fənərbağça" En-Nesrini satmağa hazırdır və artıq onun yerinə oyunçu axtarmağa başlayıb.

Yussef bu mövsüm İstanbul təmsilçisinin heyətində 24 oyun keçirib, 9 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər