"Facebook": "Neftçi" 1-ci, "XL" 5-ci

"Facebook": "Neftçi" 1-ci, "XL" 5-ci
Sosial şəbəkələr müasir dünyada insanın həyatının önəmli bir parçasıdı. Bütün sahələrdə olduğu kimi futbolda da sosial şəbəkələrdən geniş şəkildə istifadə olunur. Azərbaycan klubları son dövrlər bu yöndə fəaliyyətlərini genişləndiriblər. Bu səbəbdən Premyer Liqa təmsilçilərinin "Facebook" səhfələrini araşdırıb, kimin daha populiar olduğunu müəyyənləşdirməyə çalışdıq.
10 elita təmsilçisi arasında "Facebook" səhifəsi ən çox bəyənilən klub "Neftçi"di. "Ağ-qaralar" sosial şəbəkə istifadəçilərindən 89421 "like" alıb. "Neftçi"ni 54405 bəyəni ilə "Bakı" izləyir. İlk üçlüyü "Qəbələ" qapayır - 40796.
Premyer Liqanın ən çox azarkeşi olan klubu "Xəzər Lənkəran"ın "Facebook" səhifəsi hələlik 5685 "like" alıb. Lənkəran klubu siyahıda 5-cidi.
1. Neftçi - 89.421 
2. Bakı - 54.405 
3. Qəbələ - 40.796 
4. Qarabağ - 20.584 
5. Xəzər Lənkəran - 5.685 
6. İnter - 1.722 
7. Sumqayıt - 1.696 
8. Simurq - 1.424 
9. Rəvan - 1.074 
10. AZAL - 171 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər