"Elşən İsmayılov "Qəbələ"nin futbolçusu deyil" - RƏSMİ

"Elşən İsmayılov "Qəbələ"nin futbolçusu deyil" - RƏSMİ
"Qəbələ" vəfat edən jurnalist Rasim Əliyevin döyülməsinə görə həbs olunan Elşən İsmayılovla bağlı açıqlama yayıb. Fanat.az açıqlamanı olduğu kimi təqdim edir:
"Jurnalist Rasim Əliyevin öldürülməsinə görə təqsirləndirilən və hüquq-muhafizə orqanları tərəfindən saxlanılan Elşən İsmayılovun "Qəbələ"nin əvəzedici komandasının üzvü olduğu bildirilir. Diqqətinizə çatdırırıq ki, 2013-cü ilin iyul ayının 20-i perspektiv vəd edən futbolçu kimi "Qəbələ"nin əvəzedici komandasına cəlb olunan İsmayılov cəmi 6 ay əvəzedicilərin heyətində olmuş, ümidləri doğrultmadığına görə komandadan uzaqlaşdırılıb. Xatırladaq ki, həmin zaman Cavid Hüseynov "Qəbələ "də çıxış etmirdi".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər