"Əlimdən gələni etdim ki..." - "Neftçi" ilə oyunun qəhrəmanı

"Əlimdən gələni etdim ki..." - "Neftçi" ilə oyunun qəhrəmanı

Misli Premyer Liqasının 6-cı turunda "Neftci"nin qonağı olan "Karvan-Yevlax" güclü rəqibi ilə qolsuz bərabərliyə razılaşdı. Bölgə təmsilçisinin qapıçısı Kamran İbrahimov isə bir neçə uğurlu qurtarışla adından söz etdirdi.  Oyunun əsas qəhramanı ilə əlaqə saxlayıb həm bakılılarla görüş barədə fikirlərini öyrəndik, həm də növbəti turda "Sabah"a qarşı keçirəcəkləri görüşdən nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu: 

"Neftçi" ilə oyunda tək mən yox, bütün komanda yoldaşlarım vuruşdular. Hər birinə ayrı-ayrılıqda təşəkkür edirem. Özümə gəlincə, bəli, gözəl oyun keçirdim. Qapıçı üçün əsas "quru oyun" keçirmekdir ki, mən də elimnen gələni etdim ki, qol buraxmayım. Bunu bacardığım üçün şadam.

"Sabah" da güclü rəqibdir. Bizi maraqlı oyun gozləyir. Həmişə əlimdən gələni etmişəm,  yenə də edəcəyəm ki, qapını toxunulmaz saxlayım". 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər