"Dinamo"-"Valensiya" matçı "Neftçi"nin APOEL-i yendiyi arenada

"Dinamo"-"Valensiya" matçı "Neftçi"nin APOEL-i yendiyi arenada
Avropa Liqasının 1/16 final mərhələsinin bu gün keçiriləcək “Dinamo” (Ukrayna) - “Valensiya” (İspaniya) oyunu Kiyevdə keçirilməyəcək. Fanat.az xəbər verir ki, buna səbəb Ukraynanın paytaxtında toqquşmaların davam etməsidi
UEFA əvvəlxə İspaniya təmsilçisinin təhlükəsizliyinə təminat versə də, sonradan matçın başqa ölkədə keçirilməsinə qərar verib Bu səbəbdən qarşılaşma Cənubi Kiprin Nikosiya şəhərindəki GSP stadionunda baş tutacaq. Oyunun start fiti Bakı vaxtı ilə saat 22.00-da çalınacaq.
Qeyd edək ki, bu stadion Azərbaycan klubları üçün düşərlidi. Ötən mövsüm Avropa Liqasında "Neftçi" məhz bu arenada APOEL-i yenərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər