"Difai" "Neftçi" ilə qarşılaşacaq

"Difai" "Neftçi" ilə qarşılaşacaq

1-ci Liqa təmsilçisi "Difai" yeni mövsümün hazırlıqlarını davam etdirir.

Komandanın baş məşqçisi Araz Bağırovun Fanat.Az-a verdiyi məlumata görə, "fədailər" çempionat başlayana qədər 3 yoxlama oyununa çıxacaqlar.

Sözügedən kollektiv avqustun 23-də "ASCO Arena"da "Səbail"lə üz-üzə gələcək. Matçın start fiti 20:00-da səsləndiriləcək. Növbəti qarşılaşma Bakıxanov qəsəbə stadionunda "Neftçi"nin U-19 komandasına qarşı olacaq. Digər sınaqçı-rəqibin kimliyinə isə hələ aydınlıq gəlməyib. Bu görüş sentyabrın 3-də və ya 4-də 1-ci Liqa təmsilçilərindən birinə qarşı keçiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər