"Böyük oyun"da "Neftçi" azarkeşləri olacaq?

"Böyük oyun"da "Neftçi" azarkeşləri olacaq?
Bakıda keçiriləcək “Xəzər Lənkəran” - “Neftçi” oyununa qonaq komandanın azarkeşləri buraxılmayacaq. Fanat.az xəbər verir ki, bu barədə "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.
Klub rəsmisi bildirib ki, AFFA İntizam Komitəsinin qərarına əsasən qonaq azarkeşlər "Böyük oyun"a buraxılmayacaq. "Xəzər Lənkəran" fanatlarının "Dalğa Arena"ya rahat getməsi üçün isə klub tərəfindən avtobuslar ayrılacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər