"Bavariya" "Arsenal"a uduzdu, Leverkuzendə 8 qol

"Bavariya" "Arsenal"a uduzdu, Leverkuzendə 8 qol
Çempionlar Liqasında qrup mərhələsinin III turuna start verilib. Fanat.az хəbər verir ki, bu gün 4 qrupda 8 qarşılaşma baş tutub.
E qrupunda "Barselona" BATE-nin, "Roma" "Bayer"in qonağı olub. "Barselona" səfərdə 2:0 hesablı qələbə qazanıb. "Bayer" - "Roma" oyunu isə olduqca dramatik alınıb. 8 qolun vurulduğu oyun 4:4 hesabı ilə başa çatıb. İlk yarının əvvəlində meydan sahibləri 2:0 hesablı üstünlük əldə etsə də, hissəsinin sonlarında bərabərlik bərpa olunub. İkinci yarının əvvəlində "Roma" iki topluq üstünlük əldə edib, amma oyunun sonlarında yenidən bərabərlik yaranıb.
F qrupunda mərkəzi oyun "Arsenal" və "Bavariya" arasında keçirilib. İlk iki turda Zaqreb "Dinamo"suna və "Olimpiakos"a yenilən "topçular" uğursuzluğa 2:0 hesablı qələbə ilə son qoyub. Qrupun digər oyununda "Olimpiakos" səfərdə Zaqreb "Dinamo"sunu udub - 1:0.
G qrupunda lider Kiyev "Dinamo"su "Çelsi"ni qəbul edib. Oyunda hesab açılmayıb - 0:0. Digər matçda "Portu" Təl-Əviv "Makkabi"sini 2:0 hesabı ilə yenib. 
H qrupunda ilk iki turda "Valensiya" və "Gent"i yenən "Zenit" bu dəfə Lion "Olimpik"inə qalib gəlib - 3:1. Qrupun digər oyununda isə "Valensiya" evdə "Gent"i 2:1 hesabı ilə üstələyib.
Çempionlar Liqası
Qrup mərhələsi
20 oktyabr, III tur
 
E qrupu
BATE (Belarus) - Barselona (İspaniya) 0:2
Qollar: İvan Rakitiç, 48; 64.
Bayer (Almaniya) - Roma (İtaliya) 4:4
Qollar: Çiçarito, 4-pen; 19. Kevin Kampl, 84. Admir Mehmedi, 86 - Daniel De Rossi, 29; 38. 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər