Çempionlar Liqasında yeni rekord müəyyənləşib. Fanat.az xəbər verir ki, Almaniyanın "Bavariya" klubu rekorda imza atıb.
Çempionlar Liqasının son qalibi Moskvada ÇSKA-nı 3:1 hesabı ilə yenib. Bununla da "Bavariya" turnirdə ardıcıl 10-cu qələbəsini qazanıb. Ötən mövsüm keçirdiyi son 5 oyunda qələbə qazanan münhenlilər cari mövsümün 5 oyununu da 3 xalla başa vurub. Beləliklə, "Bavariya" "Barselona"nın 2002/03 mövsümündə imza atdığı 9 oyunluq rekordu qırıb.
Fanat.az