PSJ-də forma geyən Tiaqo Silva arzusunun həyata keçmədiyini açıqlayıb. Fanat.az xəbər verir ki, braziliyalı futbolçu "Barselona"da oynamaq istədiyini, lakin transferin alınmadığını dilə gətirib:
"Bəzi şeylər oldu və çox təəssüf ki, mən "Barselona"ya keçə bilmədim. Görüşmələrə davam edə bilmədik. Bu mən və ailəm üçün pis oldu. Xəyallarımda "Barsa" forması geymək vardı, amma alınmadı. PSJ-də qalmağıma qərar verildi. Burda həqiqətən xoşbəxtəm və komanda üçün əlimdən gələni edəcəm".
Fanat.az