"Barselona"nın Lautaro istəyi düyünə düşdü - "İnter" hücumçusunu bu qiymətə də satmaq istəmir

"Barselona"nın Lautaro istəyi düyünə düşdü - "İnter" hücumçusunu bu qiymətə də satmaq istəmir

"Barselona" "İnter"in hücumçusu Lautaro Martinez üçün İtaliya nəhənginə rəsmi təklif göndərməyə tələsmir.

Fanat.Az xəbər verir ki, informasiyanə jurnalist Matteo Moretto yayıb.

Mənbənin məlumatına görə, katalonlar Milan klubuna rəsmi təklif verməyib və hələlik komandalar arasında heç bir danışıqlar aparılmayıb. Buna səbəb "İnter"in kapitanının ayrılma ehtimalını nəzərdən keçirməməsi və hətta 100 milyon avroya transferi müzakirə etməyə hazır olmamasıdır. Bunu futbolçunun agentlərindən öyrənən "Barselona" transfer çətinlikləri fonunda yenidən üzünü "Atletiko Madrid"in hücumçusu Julian Alvarezə döndərib. Tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, Lautaro Martines 2018/19 mövsümündən “İnter”in formasını geyinir. Argentinalı hücumçu ötən mövsüm 41 matça çıxaraq, 22 qol vurub və 6 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər