"Barselona"nın futbolçusu rəsmən "Arsenal"da

"Barselona"nın futbolçusu rəsmən "Arsenal"da
"Arsenal" Aleksis Sançesi heyətinə qatıb. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Çilili futbolçu tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləni imzalayıb. Anlaşmanın detalları açıqlanmayıb.
"Arsenal"ın rəsmi saytına danışan Sançes xoşbəxt olduğunu bildirib: "Arsenal"da oynayacağım üçün çox xoşbəxtəm. Çox güclü komandadı və möhtəşəm bir baş məşqçi ilə çalışacam. "Arsenal" üçün əlimdən gələn hər şeyi edəcəm".
Qeyd edək ki, 2011-ci ildən "Barselona"da çıxış edən Aleksis 141 oyunda 47 qol vurub. Əvvəllər Çilinin "Kobreloa", "Kolo-Kolo", Argentinanın "River Pleyt" və İtaliyanın "Udineze" klublarında çıxış etmiş 25 yaşlı forvard milli komandadakı 71 oyununda 24 dəfə fərqlənib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər