Heyətinə 3 əcnəbi futbolçu qatan "Qalatasaray" daha bir ulduz futbolçunu transfer etməyə çalışır. Fanat.Az xəbər verir ki, İstanbul klubu Aleyks Vidalı hədəfə alıb.
Məlumata görə, Kataloniya klubu ilə münasibətləri yaxşı olan Arda Turanın meneceri Ahmet Bulut sağ cinah müdafiəçisini "Qalatasaray" təklif edib. Bundan sonra klub rəhbərliyi 27 yaşlı futbolçu üçün "Barselona" ilə danışıqlara başlayıb.
2015-ci ildə "Sevilya"dan 17 milyon avroya "Barselona"ya keçən Vidalın hazırda transfer qiyməti 7,5 milyon avrodu. "Qalatasaray" onun üçün kataloniyalılara bu məbləği təklif edir.
Fanat.Az