"Barselona" rəsmən açıqladı: Neymar gedir

"Barselona" rəsmən açıqladı: Neymar gedir
"Barselona"nın ulduz futbolçusu Neymar qərarını dəyişib. Fanat.az xəbər verir ki, "sambaçı" Braziliya millisinin heyətində Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməyəcəyini bildirsə də, bu dəfə fərqli qərar qəbul edib.
Belə ki, o, olimpiadada iştirak edəcək. Bu barədə məlumatı Kataloniya klubunun rəsmi saytı yayıb.
Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən 1984-cü ildən etibarən Olimpiya oyunlarında çıxış edəcək hər yığmada yaşı 23-dən yuxarı 3 peşəkar futbolçunun oynamasına icazə verilir.
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər