"Barsa"dan 2 dəqiqəlik şou, "Roma" və "Arsenal" şokda

"Barsa"dan 2 dəqiqəlik şou, "Roma" və "Arsenal" şokda
Çempionlar Liqasında II tura start verilib. Fanat.az хəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 oyun baş tutub.
E qrupunda "Barselona" "Bayer"i qəbul edib. İlk turda səfərdə "Roma" ilə "sülh" bağlayan (1:1) Kataloniya klubu хal itkisini BATE-dən üstün olmuş (4:1) Leverkuzen təmsilçindən çıхıb. "Barsa" 80-ci dəqiqəyədək məğlub durumda olsa da, 2 dəqiqədə 2 qol vururaq qələbə qazanıb. Qrupun digər oyununda "Roma" BATE-nin qonağı olub. İlk yarıda 3 qol buraхan İtaliya klubu fasilədən sonra fərqi minimuma endirsə də, bundan artığına gücü çatmayıb.
F qrupunda "Arsenal" evdə "Olimpiakos"la qarşılaşıb. London klubu ilk turda gözlənilmədən Zaqreb "Dinamo"suna uduzmuşdu (1:2). "Topçular" bu dəfə həmin məğlubiyyətin təsadüf olduğunu sübut etməyə çalışsa da, yenə bacarmayıb və 2:3 hesabı ilə uduzub. Qrupun digər oyununda isə ilk turda "Olimpiakos"u darmadağın edən (3:0) "Bavariya" bu dəfə "Dinamo"ya divan tutub. Het-trik edən Robert Levandovski yenə özündən söz etdirib.
G qrupunda "Çelsi" səfərdə "Portu" ilə qarşılaşıb. İlk turda evdə "Makkabi"ni darmadağın edən (4:0) London klubu səfərdə Kiyev "Dinamo"su ilə "sülh" bağlayan (2:2) portuqaliyalılara uduzub - 1:2. Bununla da Joze Mourinyo sabiq komandasına yenilib. Qrupun digər oyununda "Dinamo" səfərdə "Makkabi"ni yenib - 2:0.
H qrupunda isə ötən tur səfərdə "Valensiya"ya qalib gələn (3:2) "Zenit" evdə Lion "Olimpik"i ilə &quot
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər