"Neftçi" məşqlərini davam etdirir. Famat.az xəbər verir ki, komanda hazırlıq çərçivəsində yoxlama oyunu keçirəcək.
"Ağ-qaralar"ın rəqibi “Bakı” olacaq. “Bakı”nın təlim-məşq bazasının stadionunda təşkil olunacaq oyun noyabrın 13-də keçiriləcək və saat 14.00-da başlayacaq.
Qeyd edək ki, "Neftçi" və "Bakı" cari mövsümdə iki dəfə qarşılaşıb. "Ağ-qaralar" hər iki oyunda qələbə qazanıb - 1:0, 3:1.
Fanat.az