"Azərreyl"dən çətin, "Abşeron"dan inamlı qələbə

"Azərreyl"dən çətin, "Abşeron"dan inamlı qələbə

Qadın voleybolçular arasında Yüksək Liqada növbəti oyunlar keçirilib.

Fanat.Az xəbər verir ki, bu gün Gəçclər və İdman Nazirliyinin Voleybol Mərkəzində 2-ci turun iki qarşılaşması baş tutub.

Əvvəlcə meydana “Azərreyl” və “Murov Az Terminal”la komandaları çıxıblar. Gərgin keçən bu görüşdə “Azərreyl” 3:2 hesabı ilə qalib gəlib.

Növbəti oyun “Abşeron” və UNEC klubları arasında olub. Famil Ağayevin yetirmələri bu matçda 3:0 hesabı ilə qələbə qazanıblar.

2-ci turun son oyunu sabah Gəncə şəhərində keçiriləcək. Gəncə İdman Sarayında “Gəncə” komandası “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək.

“Azərreyl” – “Murov Az Terminal” 3:2 (25:18, 23:25,  22:25, 25:8, 18:16) “Abşeron” – UNEC 3:0 (25:10, 25:12, 25:9)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər