"Azərbaycana qarşı matçda oynamaq istəyirəm" - Kilian Mbappe

"Azərbaycana qarşı matçda oynamaq istəyirəm" - Kilian Mbappe

Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-nın seçmə mərhələsində sabah Parisdə Azərbaycan yığmasına qarşı keçirəcəkləri matçda oynamaq istəyir.

Fanat.Az xəbər verir ki, 26 yaşlı forvard bunu millimizlə oyun ərəfəsində baş tutan mətbuat konfransında deyib:

"Azərbaycana qarşı oyun İslandiya ilə matç qədər önəmlidir. Məqsədimiz dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaqdır. Məqsədimizə çatana qədər mübarizə aparmalıyıq. Azərbaycanla oyuna ciddi yanaşıb, qələbə qazanmalıyıq. Mən sabah oynamaq istəyirəm. Baş məşqçimiz Didye Deşam da bunun əleyhinə deyil. Ciddi problem olacağını düşünmürəm, özümü yaxşı hiss edirəm".

Qeyd edək ki, Fransa - Azərbaycan görüşü oktyabrın 10-da "Park de Prens" stadionunda, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər