"Aston Villa"nın ulduzu Premyer Liqada tarix yazdı

"Aston Villa"nın ulduzu Premyer Liqada tarix yazdı

"Aston Villa"nın futbolçusu Morqan Rojers Premyer Liqada tarixi göstəriciyə imza atıb.

Fanat.Az xəbər verir ki, ingiltərəli ulduz 1998-ci ildə Dion Dublindən sonra "Aston Villa" forması ilə ən üst liqada ardıcıl iki oyunda iki qol vuran ilk futbolçu olub.

23 yaşlı hücumçu "Vest Hem" və "Mançester Yunayted"ə qarşı keçirilən oyunlarda dubl edərək komandasının hücum xəttində əsas fiqura çevrilib.

Bu performans Rojersin həm klub azarkeşləri, həm də futbol ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmasına səbəb olub.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər