"Aston Villa" İspaniya Sequndasından oyunçu transfer etdi - RƏSMİ

"Aston Villa" İspaniya Sequndasından oyunçu transfer etdi - RƏSMİ

İngiltərənin Premyer Liqa təmsilçilərindən olan "Aston Villa" İspaniya Sequndasından transfer etdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, Birmingem klubu "Levante"nin müdafiəçisi Andres Qarsiyanı heyətə qatıb.

21 yaşlı Qarsiya həm sağ cinah müdafiəçisi, həm də vinger mövqeyində çıxış edə bilir.

Sözügedən futbolçu "Levante"nin əsas komandasında 50 matça çıxaraq 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətin 1,2 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər