AFFA prezidenti Rövnəq Abdullayev Avropa Liqasının "Neftçi" - "Koper" matçını canlı izləməməsinin səbəbini açıqlayıb. Fanat.az xəbər verir ki, ARDNŞ rəhbəri "Qarabağ" - "Valletta" matçından sonra bu məsələyə aydınlıq gətirib.
Abdullayev "Siz “Neftçi”yə sponsorluq edən şirkətin rəhbərisiniz. Amma “Neftçi” - “Koper” oyununda sizi görmədik. Səbəbini deyə bilərsinizmi" sualına belə cavab verib: "Mənim ARDNŞ-ə rəhbərlik etməyim o demək deyil ki, "Neftçi"yə azarkeşlik edirəm, bu komandanın bütün oyunlarına getməliyəm. Mən bütün klublarımıza azarkeşlik edirəm. Həm də unutmayın ki, mən artıq "Neftçi"nin prezidenti deyiləm. Sponsorluq etmək isə şirkət rəhbəri kimi bizim borcumuzdu".
Fanat.az