"Arsenal"ın məğlubiyyəti Afrikada ölümə səbəb oldu

"Arsenal"ın məğlubiyyəti Afrikada ölümə səbəb oldu
"Arsenal"ın "Liverpul"a 1:5 hesablı məğlubiyyəti insan ölümünə səbəb olub. Fanat.az xəbər verir ki, böyük hesablı məğlubiyyət Kenyada bir azarkeşin bıçaqlanması ilə nəticələnib.
Kenya polisinin məlumatına görə, olay Nairobi şəhərində Premyer Liqa matçlarının kütləvi şəkild izləndiyi bir barın yaxınlığında baş verib. Oyun bitəndən sonra barın çıxışında "Liverpul" fanatlarından biri "Arsenal" azarkeşinə söz ataraq, zarafat edib. Nəticədə iki klubun fanatları arasında kütləvi dava düşüb, bir nəfər bıçaqlanıb. Həmiş şəxsin həyatını xilas etmək mümkün olmayıb. Polis hazırda cinayətkarı axtarır.
Qeyd edək ki, Kenya Premyer Liqa klublarının ən çox sevildiyi və izləndiyi ölkələrdən biridi. Ötən il "Mançester Yunayted"in bir fanatı "Nyukasl"a məğlubiyyətdən sonra intihar etmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər