"Arsenal"ın "Liverpul"a 1:5 hesablı məğlubiyyətinin səbəbkarı tapılıb. Fanat.az xəbər verir ki, klub rəsmiləri Olivier Qiroudu günahkar elan edib.
"The Irish Sun" qəzetinin məlumatına görə, buna səbəb futbolçunun matçdan bir gün əvvəlki gecə səhərədək oteldə bir gözəl xanımla olub. Həmin qadının kimliyi də bəllidi. Qiroud gecəni Kelia Kayla keçirib. Baş məşqçi Arsen Vengerin buna görə onu cəzalandırması gözlənir.
Qeyd edək ki, Qiroud "Liverpul"la matçda olduqca bərbad oyun sərgiləmiş və qarşılaşmadan sonra hər kəsdən üzr istəmişdi.
Fanat.az