Aleksandre Lakazetteni istəyən klubların biri də artıb. Fanat.az xəbər verir ki, "Arsenal" "Vest Hem" və "Atletiko"ya şərik çıxıb.
Bir neçə gün əvvəl yayılan xəbərlərdə bildirilirdi ki, "Vest Hem" fransalı futbolçu üçün 52 milyon avro təklif edir. "Arsenal"ın təklifi isə daha yüksək rəqəmdi - 55 milyon avro (təxminən 92 milyon 385 min manat).
Qeyd edək ki, Aleksandre Lakazette "Olimpik"in yetirməsidi. "Transfermarkt" Fransa yığmasının üzvünə 30 milyon avro qiymət qoyub. 2015/16 mövsümündə 44 rəsmi oyuna çıxan 25 yaşlı hücumçu 23 qol vurub.
Fanat.az