"Arsenal"da zədə şoku

"Arsenal"da zədə şoku

"Arsenal" ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, komandanın üzvlərindən Aleks Okslade-Çamberlain uzun müddət sıradan çıxıb.

Bu barədə baş məşqçi Arsen Venger açıqlama verib. Çalışdırıcı bildirib ki, futbolçunun dizində ciddi zədə aşkarlanıb və 2 ay yaşıl meylanlardan kənarda qalacaq. Venger Aleksin əməliyyat olunmayacağını da qeyd edib.

Qeyd edək ki, Çempionlar Liqasının "Barselona" ilə oyunun Xavyer Maskerano ilə toqquşan futbolçu zədələnmiş və 50-ci dəqiqədə Teo Ualkott tərəfindən əvəzlənmişdi.

Bu mövsüm "Arsenal"la 33 rəsmi oyuna çıxan Aleks 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər