İngiltərə Federasiya Kubokunun 1/4 final mərhələsinin oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Arsenal" ötən gün "Everton"u qəbul edib.
4:1 hesablı qələbə qazanan "topçular" yarımfinala çıxıb. "Arsenal"ın heyətində Oliver Qiroud dubl edib, Məsut Özil və Mikel Arteta hərəyə bir qol vurub. "Everton"un heyətində isə Romelu Lukaku fərqlənib.
Fanat.az