İngiltərə Premyer Liqasında XXVI tura start verilib. Fanat.az xəbər verir ki, ötən tur "Liverpul"a 1:5 hesabı ilə uduzan "Arsenal" evdə "Mançester Yunayted"lə sülh bağlayıb - 0:0.
"Liverpul" səfərdə iki dəfə hesabda geri düşdüüyü matçda "Fulhem"i yenib - 3:2. "Tottenhem" rəqib meydanında "Nyukasl"ı 4:0 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, bu gecə keçirilməli olan iki qarşılaşma - "Everton" - "Kristal Palas" və "Mançester Siti" - "Sanderlend" oyunları əlverişsiz hava şəraiti üzündən təxirə salınıb. "Stok Siti" - "Suansea" matçı isə 1:1 hesabı ilə başa çatıb.
Fanat.az