"Arsenal" və "Mançester Yunayted" millimizin üzvünə təklif

"Arsenal" və "Mançester Yunayted" millimizin üzvünə təklif

21 yaşadək futbolçulardan ibarət millimizin yeni üzvü Ozancan Kökçü İngiltərəyə transfer olunacaq. Fanat.Az xəbər verir ki, bu barədə Hollandiya mətbuatı məlumat yayıb.

Həmkarlarımız iddia edir ki, "Feyenoord"da çıxış edən 18 yaşlı yarımmüdafiəçi "Arsenal" və "Mançester Yunayted"in maraq dairəsindədi. İngiltərə klubları onunla yanaşı, Hollandiyanın U-17 yığmasınjda oynayan qardaşı Orkun Kökçünün də xidmətində maraqlıdı. 

Qeyd edək ki, bundan əvvəl "Mançester Siti"nin də Ozancanın xidmətində maraqlı olduğu deyilirdi. Gənc futbolçunun tezliklə əsas millimizə çağrılması gözlənilir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər