"Arsenal"ın hücumçusu Aleksis Sançes "Yuventus"un maraq dairəsinə düşüb.
Qol.az-ın "The Daily Mail"ə istinadən verdiyi məlumata görə, Turin təmsilçisi çilili futbolçu üçün ingilis klubuna rəsmi təklif göndərib.
Lakin "Arsenal" 27 yaşlı futbolçunu "Yuventus"a satmaqdan imtina edib. Əsas heyət oyunçularından olan Sançesin növbəti mövsümdə də komandada qalmasına qərar verilib.
Qeyd edək ki, ötən mövsüm 53 oyun keçirən Sançes 23 qol vurub və 9 məhsuldar ötürmə verib.
Fanat.az