"Arsenal" "Real"ın ulduzunu heyətinə qatmaq istəyir. Fanat.Az xəbər verir ki, London klubu Kərim Benzemaya elçi düşüb.
"Arsenal"ın fransız baş məşqçisi Arsen Venger həmyerlisini qış fasiləsində komandasına gətirmək istəyir. İnglislər bu transferə görə "Real"a 40 milyon avro təklif etmək niyyətindədi.
Qeyd edək ki, "Real" Benzemanı 2009-cu ildə Lion "Olimpik"indən 35 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 60 milyon avro qiymət qoyub.
Fanat.Az