İngiltərə Premyer Liqasında VI tur London derbisi ilə əlamətdar olub. Fanat.Az xəbər verir ki, turun mərkəzi oyununda "Arsenal" "Çelsi"ni qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Çelsi"nin qapısına Aleksis Sançes, Teo Ualkott və Məsut Özil yol tapıb.
Qeyd edək ki, "Arsenal" 6 turdan sonra 14 xalla turnir cədvəlinin 3-cü, "Çelsi" 10 xalla 8-ci pillədə qərarlaşıb.
Fanat.Az