"Arsenal" fabrik işçisini transfer edib. Fanat.Az xəbər verir ki, London klubu Kohen Bramallı heyətinə qatıb.
20 yaşlı müdafiəçi həvəskarlar liqası hesab olunan Non-liqada çıxış edən "Hednesford"un formasını geyinib və Krudakı "Bentley Motors" avtomobil fabrikində çalışıb. Bir ay əvvəl isə o, işdən çıxarılıb.
İşlədiyi fabrikdə həftədə 400 funt-sterlinq maaş alan Bramal "Arsenal"da həftəyə 3 min funt-sterlinq qazanacaq. O, hələlik klubun U-23 komandasında çıxış edəcək.
"Arsenal"dan təklifə əvvəlcə inanmadığını və bununla bir zarafat olduğunu bildirən Bramall "Burda olduğuma inanmıram. Ailəm belə artıq şəhərə geri dönməyimi istəmir" deyib.
"Arsenal" gənc ulduz üçün "Hednesford"a 50 min funt-sterlinq ödəyəcək. Bramall əvvəllər "Kristal Palas" və "Şeffild Uednesday" klublarından baxışda olsa da, bəyənilməyib.
Bramallın "Arsenal"a transferi "Lester"in ulduzu Ceymi Vardinin hekayəsinin yenidən xatırlanmasına səbəb olub. Bir fabrik işçisi olaraq Non-liqada top qovan Vardi bir anda "Lester"də reyda olmuş və tez bir zamanda dünya ulduzuna çevrilmişdi. Vardi də fabrikdə Bramall kimi həftədə 400 funt-sterlinq maaş alırmış.
Non-liqadan gələn Premyer Liqa ulduzları
Kris Smallinq ("Maydstone" - "Mançester Yunayted")
Maykl Antonio ("Tootinq" - "Vest Hem)
Yannik Bolasi ("Hillinqdon" - "Everton")
Eşli Uilyams ("Hednesford" - "Everton")
Ceymi Vardi ("Halifaks" - "Lester")
Çarli Austin ("Poole" - "Sautqempton")
Fanat.Az