"Arsenal" erməni futbolçu transfer edir

"Arsenal" erməni futbolçu transfer edir
"Arsenal" erməni futbolçu transfer etmək istəyir. Fanat.az xəbər verir ki, "topçular" Henrix Mkitaryanı hədəfə alıb.
"Arsenal"ın yayda bu məqsədlə Dortmund "Borussiya"sına təklif göndərəcəyi deyilir. Alman klubunun erməni futbolçunu satıb-satmayacağı bilinmir.
Qeyd edək ki, "Pünik"in yetirməsi olan Henrix Mkitaryan 2009-cu ildə 350 min avroya "Metallurq"a transfer edlib. Donetsk klubu bir il sonra onu 5,8 milyon avroya "Şaxtyor"a satıb. Erməni futbolçu 2013-cü ildə 27,5 milyon avroya "Borussiya"ya keçib. Cari mövsümdə "Borussiya"nın heyətində 42 rəsmi oyuna çıxıb və 19 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər