"Arsenal" baş məşqçi tapdı - Danışıqlar başladı

"Arsenal" baş məşqçi tapdı - Danışıqlar başladı

"Arsenal" mövsümün sonunda komandanı tərk edəcəyi deyilən Arsen Vengerə əvəzləyici tapıb. Fanat.Az xəbər verir ki, London klubu hazırda "Yuventus"u çalışdıran Massimiliano Allegrini komandanın başına gətirmək istəyir.

İddialara görə, "Arsenal" rəhbərliyi artıq italyan mütəxəssislə danışıqlara başlayıb. Massimiliano Allegrinin də mövsümün sonunda "Yuventus"dan gedəcəyi deyilir ki, bu da ingilislərin işinə yaraya bilər.

Qeyd edək ki, 49 yaşlı mütəxəssis 2014-cü ildən çalışdırdığı "Yuventus"u 2 dəfə A Seriyasının, 2 dəfə İtaliya Kubokunun qalibi edib, 2015-ci ildə Çempionlar Liqasının finalına çıxardıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər