"Arsenal" 9 ildən sonra kubok qazandı

"Arsenal" 9 ildən sonra kubok qazandı
İngiltərə Federasiya Kubokunun qalibi müəyyənləşib. Fanat.az xəbər verir ki, final matçında "Arsenal" "Hall Siti"ni sınağa çəkib.
Hesabı 4-cü dəqiqədə "Hall Siti"dən Ceyms Çester açıb. 5 dəqiqə sonra Kurtis Davyes fərqi iki topa çatdırıb. Bundan sonra özünə gələn "Arsenal"a 17-ci dəqiqədə Santi Kazorlanın qoluna sevinib. 72-dəqiqədə Loran Kosçielni bərabərliyi təmin edib. Matçın əsas vaxtı 2:2 hesabı ilə bitdiyi üçün qalib əlavə vaxtda müəyyənləşib. 109-cu dəqiqədə fərqlənən Aaron Ramsey fərqlənərək "Arsenal"ı Federasiya Kubokunun qalibi olub.
Bununla da London kuboku 9 ildən sonra kubok sahibi olub. Belə ki, sonuncu dəfə 2005-ci ildə Federasiya Kubokuna sahib çıxan "Arsenal" bundan sonra qatıldığı heç bir turnirin qalibi ola bilməmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər