"Arsenal" 600 minlik futbolçuya 20 milyon verir

"Arsenal" 600 minlik futbolçuya 20 milyon verir

Gələn mövsüm üçün iddialı heyət qurmağa hazırlaşan "Arsenal"ın hədəfindəki daha bir futbolçu müəyyənləşib. Fanat.az xəbər verir ki, London klubu Eşli Uilyamsa elçi düşüb.

İddiaya görə, "Arsenal" yaxın günlərdə bu futbolçunun transferi üçün "Suonsi"yə təklif göndərəcək. "Topçular" Eşli üçün qarşı tərəfə 20 milyon funt-sterlinq təklif etməyə hazırlaşır.

Qeyd edək ki, 31 yaşlı mərkəz müdafiəçisi 2008-ci ildə "Stokport" klubundan "Suonsi"yə 600 min avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 6,5 milyon avro qiymət qoyub. Uilyams cari mövsümdə Premyer Liqada 36 rəsmi oyuna çıxıb və 2 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər