"Arsenal" yeni forma reklamı imzalayıb. Fanat.az xəbər verir ki, 1987-ci ildən "Nike" ilə əməkdaşlıq edən London klubunu bundan sonra "Puma" geyindirəcək. Məlumata görə, "topçular" "Puma" ilə illik 30 milyon avro dəyərində müqavilə imzalayıb.
Qeyd edək ki, bu günlərdə "Mançester Yunayted" "Nike" ilə 15 illik müqavilə imzalayıb. Həmin anlaşma "qırmızı şeytanlar"a 287 milyon funt-sterlinq qazandırıb.
Fanat.az