"Araz-Naxçıvan"la oyundan öncə "Neftçi"də üzlər gülür

"Araz-Naxçıvan"la oyundan öncə "Neftçi"də üzlər gülür

Misli Premyer Liqasının (MPL) 8-ci turunda "Araz-Naxçıvan"ı qəbul edəcək "Neftçi" oyuna tam heyətlə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında "ağ-qaralar"ın sözçüsü Asəf Zeynallı deyib:

"Hazırda nə cəzalı futbolçu var, nə də zədəli. Millilərdən qayıdan oyunçuların da durumu qaydasındadır. Komanda tam heyətlə qarşıdakı matça hazırlaşır".

Qeyd edək ki, "Palms Sport Arena"da keçiriləcək "Neftçi" - "Araz-Naxçıvan" oyununun start fiti 18:30-da səsləndiriləcək. Hazırda 8 xalı olan Bakı təmsilçisi MPL-in turnir cədvəlində 9-cu, "Araz-Naxçıvan" isə 14 xalla 2-ci pillədə mövqe tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər