Qonsales "Barselona"nı Portuqaliya nəhənginə dəyişir

Qonsales "Barselona"nı Portuqaliya nəhənginə dəyişir

"Barselona"nın futbolçusu Niko Qonsales karyerasını Portuqaliyada davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Xosep Kapdevila məlumat verib. 

Yarımmüdafiəçi ilə "Porto" maraqlanır. Xəbəri futbolçunun atası təsdiqləyib. 

Bundan əlavə, Nikonun İngiltərə və İspaniyadan da təklifləri var. 21 yaşlı yarımmüdafiəçi yaxın günlərdə karyerası ilə bağlı qərar verəcək.

Niko Qonsales ötən mövsüm "Valensiya"da icarə əsasında çıxış edərək 26 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib. İspan futbolçunun "Barselona" ilə müqaviləsi 2026-cı ilə qədərdir və onun transfer qiyməti 10 milyon avrodur.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər