Qızıl Avropa Liqasında iştirak edəcək Azərbaycan millilərinin oyunlarının vaxtı bilindi

Qızıl Avropa Liqasında iştirak edəcək Azərbaycan millilərinin oyunlarının vaxtı bilindi

Qızıl Avropa Liqasında iştirak edəcək voleybol üzrə qadın və kişilərdən ibarət Azərbaycan millilərinin oyunlarının təqvimi müəyyənləşib.

Fanat.Az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hər iki yığmanın matçlarının bir turu Bakıda baş tutacaq.

Yarışın reqlamentinə əsasən, bir turnir cədvəli olacaq və ilk 4 yeri tutan komandalar “Dördlər finalı”na yüksələcəklər.

Kişilər: Azərbaycan, Ukrayna, Belçika, Portuqaliya, Çexiya, Rumıniya, Finlandiya, Xorvatiya, İspaniya, Şimali Makedoniya, Estoniya, Lüksemburq.

Qadınlar: Azərbaycan, Belçika, Çexiya, Slovakiya, Sloveniya, İsveç, İspaniya, Rumıniya, Xorvatiya, Avstriya, Estoniya, Ukrayna.

Qızıl Avropa Liqası (qadınlar) I Turnir - Xorvatiya 17.05.2024 / 19:00 Azərbaycan – Xorvatiya 18.05.2024 / 15:00 Slovakiya – Azərbaycan 19.05.2024 / 19:00 Xorvatiya – Slovakiya

II Turnir – Rumıniya 24.05.2024 / 17:00 Azərbaycan – Rumıniya 25.05.2024 / 17:00 İsveç – Azərbaycan 26.05.2024 / 17:00 Rumıniya – İsveç

III turnir - Azərbaycan 31.05.2024 / 18:00 Estoniya – Azərbaycan 01.06.2024 / 18:00 Avstriya - Estoniya 02.06.2024 / 18:00 Azərbaycan – Avstriya

Qızıl Avropa Liqası (kişilər) I Turnir - Azərbaycan 17.05.2024 / 18:00 Rumıniya – Azərbaycan 18.05.2024 / 18:00 Ukrayna - Rumıniya 19.05.2024 / 18:00 Azərbaycan – Ukrayna

II Turnir - Belçika 24.05.2024 / 17:30 Azərbaycan - Belçika 25.05.2024 / 17:30 Şimali Makedoniya – Azərbaycan 26.05.2024 / 15:00 Belçika - Şimali Makedoniya

III Turnir - Estoniya 31.05.2024 / 18:00 Azərbaycan - Estoniya 01.06.2024 / 16:00 Lüksemberq – Azərbaycan 02.06.2024 / 16:00 Estoniya – Lüksemburq

Qeyd edək ki, oyunların keçirilmə saatı yerli vaxtla göstərilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər