Qızıl Avropa Liqası: Azərbaycan millisi Slovakiyaya qarşı

Qızıl Avropa Liqası: Azərbaycan millisi Slovakiyaya qarşı

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi bu gün Qızıl Avropa Liqasında növbəti matçını keçirəcək.

Fanat.Az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv Slovakiya ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl Bakıdakı matçlarda Macarıstan və Sloveniya seçmələrinə 0:3 hesabı ilə uduzub. Komanda növbəti matçını sabah Monteneqro millisinə qarşı keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər