Futbol tarixinin ən çox qırmızı vərəqə alan futbolçusu Cerardo Bedoya məşqçilik karyerasına da eyni problemlə başlayıb.
Fanat.az xəbər verir ki, kolumbiyalı veteran futbolçu köməkçi-məşqçi kimi fəaliyyətə başladığı Kolumbiyanın "Santa Fe" klubundakı ilk matçında da texniki zondan qovulub.
O, qarşılaşmanın 19-cu dəqiqəsində hakimin qəzəbənə səbəb olub. Buna səbəb Bedoyanın referi ilə mübahisə etməsi olub.
Qeyd edək ki, "canavar" ləqəbli Bedoya 17 illik futbolçu karyerası ərzində düz 46 sarı vərəqə alıb. Bununla da o, ən çox qırmızı vərəqə alan futbolçu kimi tarixə dühüb.
Fanat.az