"Qəbələ"nin xəstəxanaya aparılan futbolçusunun durumuna aydınlıq gəldi

"Qəbələ"nin xəstəxanaya aparılan futbolçusunun durumuna aydınlıq gəldi
Azərbaycan Premyer Liqasının II turunda "Qarabağ"la oyunda zədələndiyi üçün xəstəxanaya aparılan "Qəbələ"nin futbolçusu Klesio Baukun durumuna aydınlıq gəlib.
Əyalət təmsilçisinin baş məşqçisi Sənan Qurbanovun "Report"a verdiyi məlumata görə, hazırda 25 yaşlı hücumçunun vəziyyəti yaxşıdır. 39 yaşlı mütəxəssis mozambikli oyunçunun rəqibin futbolçusu Riçard Almeyda ilə mübarizədə boğazından zərbə aldığını bildirib: "Oyunçu zərbə aldıqdan sonra nəfəs ala bilmirdi və ona görə xəstəxanaya apardıq. İndi ciddi bir şey yoxdur, qarşıdakı matçlarda iştirak edə biləcək".
Qeyd edək ki, görüş "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Klesio Bauk zədələndiyi üçün onun yerinə 29-cu dəqiqədə meydana Rövlan Muradov daxil olub. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər