"Qəbələ"nin son sınağı

"Qəbələ"nin son sınağı
Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən "Qəbələ” bu gün növbəti yoxlama matçında qüvvəsini sınayacaq.
 
Fanat.az xəbər verir ki, "qırmızı-qaralar” Antalya toplanışında sonuncu yoxlama oyununda Rumıniyanın "Konkordiya” klubu ilə üz-üzə gələcək. Görüş "Arkadia” meydançalarında baş tutacaq. Elmar Baxşıyevin yetirmələrinin qonşu ölkədəki 4-cü matçı Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
Knyajnanı təmsil edən "Konkordiya” 1957-ci ildə yaradılıb. 63 illik tarixə malik klubun ən böyük uğuru Liqa kubokunun finalına yüksəldiyi 2015-2016-cı illər mövsümünə təsadüf edib. Ötən mövsüm Liqa1-də 14-cü yeri tutan komanda aşağı dəstəyə yuvarlanıb. Cari çempionatın 19 turunda 21 xal toplayan Knyajna təmsilçisi qış fasiləsinə 20 komanda arasında 16-cı yerdə yollanıb.
Xatırladaq ki, bunadək üç yoxlama oyunu keçirən "Qəbələ” Macarıstanın MTK (0:3), Rusiyanın "Çayka” (3:0) və Bolqarıstanın "Etar” (0:0) klubları ilə üz-üzə gəlib.
 
Yoxlama oyunu
 
18.30 Qəbələ (Azərbaycan) - Konkordiya (Rumıniya)
 
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər