"Qəbələ"nin sabiq legioneri karyerasını bitirdi

"Qəbələ"nin sabiq legioneri karyerasını bitirdi
"Qəbələ”nin sabiq futbolçusu Aleksey Qay karyerasını bitirib.
Fanat.az xəbər verir ki, bu barədə 36 yaşlı yarımmüdafiəçi şəxsi "instagram” hesabından məlumat yayıb.
Karyerası ərzində "Şaxtyor” (Donetsk), "Çernomorets”, "Kuban” kimi klublarda çıxış edən Qay, 2016-2018-ci illərdə "Qəbələ”nin şərəfini qoruyub. O, Azərbaycan Premyer Liqasında 51 oyuna 14 qol vurub.
29 dəfə də Ukrayna millisinin formasını geyinən Qayın son iş yeri "Olimpik” (Donetsk) olub.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər