"Qəbələ"nin sabiq hücumçusu futbol tarixinin rəmzi yığmasında

"Qəbələ"nin sabiq hücumçusu futbol tarixinin rəmzi yığmasında

Yamaykanın futbol tarixinin rəmzi komandası müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) sözügedən ölkənin simvolik "11-liy"ini açıqlayıb.   "Qəbələ”nin sabiq futbolçusu Deon Barton da Yamayka tarixinin ən yaxşıları sırasına düşüb. O, 4-2-4 sxeminə uyğun qurulan komandada ən yaxşı hücumçular arasında yer alıb.   Barton 2010-2012-ci illər aralığında "Qəbələ"də çıxış edib və 50 oyuna 15 qol vurub.   Qapıçı: Varren Berret;   Müdafiəçilər: Yan Qudison, Ues Morqan, Rikardo Qardner, Frenk Sinkleyr;   Yarımmüdafiəçilər: Robbi İrl, Darril Pouell;   Hücumçular: Leon Beyli, Lindi Delapenya, Deon Barton, Gil Heron.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər