"Qəbələ"nin sabiq çalışdırıcısı: "Atam məni kəmərlə döydü"

"Qəbələ"nin sabiq çalışdırıcısı: "Atam məni kəmərlə döydü"
"Qəbələ"nin sabiq çalışdırıcısı Yuri Syomin maraqlı uşaqlıq illərindən maraqlı xatirə danışıb.
Fanat.Az "çempionat"a istinadən xəbər verir ki, son olaraq "Lokomotiv"in baş məşqçi postundan istefaya göndərilən rus mütəxəssis belə deyib:
"7 və ya 8-ci sinifdə oxuyurdum. Məktəbdə tədbir var idi. Kimsə çaxır gətirmişdi. Bütün uşaqlar içdi. Vəziyyət yaxşı olmadı. Evdə atam içdiyimi anladı və məni kəmərlə yaxşıca döydü. Kürəyimdən kəmərin izləri uzun müddət getmədi. Ömür boyu unutmayacağım tənbeh idi. Üstəlik, düz 1 ay məşqlərə də buraxmadılar".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər