"Qəbələ”nin sabiq baş məşqçisi, hazırda Rusiyanın "Lokomotiv”ini çalışdıran Yuri Syomin kitab yazıb. Fanat.Az xəbər verir ki, "Lokomotiv”. Kürsüyə qayıdış” kitabının təqdimat mərasimi noyabrın 8-də Rusiyanın paytaxtı Moskvadakı "Oxu-şəhər” mağazasında reallaşacaq. Kitabda Moskva klubunun 3 çempionluğu zamanı keçdiyi yoldan bəhs edilir. Syomin məşqçilik karyerasının ən mühüm mərhələlərini öz kitabında xatırlayıb.
Qeyd edək ki, Syomin "Lokomotiv”i üç dəfə - 2002, 2004-cü ildəvə ötən mövsüm Rusiya çempionu edib. Xatırldaq ki, 71 yaşlı mütəxəssis 2013/2014 mövsümündə "Qəbələ”də işləyib.
Fanat.Az