"Qəbələ"nin legioneri alban klubuna qayıtmaq istəyir

"Qəbələ"nin legioneri alban klubuna qayıtmaq istəyir
"6 aydı Azərbaycan çempionatında çıxış edirəm. Hələlik qol hesabını aça bilməmişəm". 
Fanat.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin albaniyalı yarımmüdafiəçisi Sabien Lilay deyib.
Ölkəsinin mətbuatına danışan futbolçu qol vurmamasını səbəblərindən danışıb: "Bəlkə də bu daha çox müdafiə xəttinin önündə oynamağımla bağlıdı. Ola bilər ki, bir az da bəxtim gətirmir. Çünki iki dəfə vurduğum top qapı dirəyinə tuş gəlib. Ümid edirəm ki, mövsümün ikinci hissəsində tilsimi qıracağam".
Lilay "Qəbələ"nin uğursuz çıxışı barədə də fikirlərini bildirib: "Düzü, belə nəticə gözləmirdim. Amma komandada çox dəyişiklik olub. Yeni baş məşqçi gəlib. İlk mərhələdə xeyli problemimiz oldu. İkinci dövrədə komandada irəliləyiş oldu, çünki artıq futbolçular bir-birilərini daha yaxşı tanıyırdılar. İnanıram ki, mövsümün ikinci yarısı uğurlu alınacaq".
O, sabiq komandası "Şkenderbeu"dan təklif alacağı halda geri dönə biləcəyini deyib: "Əlbəttə ki, "hə" deyərəm. "Şkenderbeu" mənim ailəm, evim, doğulduğum şəhərdi. Böyük məmnuniyyətlə yenidən ora qayıdardım. Ümid edirəm ki, geri dönəcəyəm".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər